Hər qalxanabənzər vəzi xəstəsinə əməliyyat lazımdırmı?

Xeyr, hər zob xəstəsinə cərrahi əməliyyat lazım olmur. Qalxanabənzər vəzin tamamilə böyüdüyü və içərisində düyünlərin olduğu vəziyyətlərdə cərrahi əməliyyat bir müalicə üsuludur.

Zob xəstəliyində əməliyyata göstərişlərdən aşağıdakıları qeyd edə bilərəm:

Boyunda böyümüş zobun əmələ gətirdiyi estetik problem.

Böyümüş zobun ya da düyünlərin yemək borusunu və tənəffüs yolunu sıxması nəticəsində yaranan şikayətlərin olması.

Bir il ərzində aparılan TSH-supressiv müalicəyə baxmayaraq,böyüməkdə davam edən nodulyar zoblarda.

Qalxanabənzər vəzdə xərçəng (cancer) aşkar edilməsi və ya şübhəsi olduğu hallarda.

Ölçüsü 3(üç)sm və daha böyük olan nodulyar və ya multinodulyar zoblarda.

6(altı) ay ərzində aparılan düzgün antitireoid müalicənin effekt vermədiyi, yaxud dərmanların əlavə təsirlərinin qabarıq təzahürləri olduğu, radioaktiv yod müalicəsinə əks-göstəriş olduğu diffuz və ya nodulyar toksiki zoblarda.

Residiv toksiki zob və toksiki adenomlarda.

Hər bir strumektomiya və ya planlanacaq əməliyyata gedən xəstə mütləq əməliyyatdan öncə, eləcə də əməliyyatdan sonra requlyar endokrinoloq kontrolunda olmalıdır.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Ginekomastiya

Ginekomastiya hansı hallarda xəstəlikdir?

Ginekomastiya hansı hallarda xəstəlikdir? Ginekomastiya kişilərdə döş vəzlərinin qeyri-adi böyüməsi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Bu hal bəzən…

Oxu
Ginekomastiya

Ginekomastiya hansı hallarda xəstəlik deyil?

Ginekomastiya hansı hallarda xəstəlik deyil? Ginekomastiya kişilərdə döş vəzlərinin anormal böyüməsi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Lakin bu hal hər…

Oxu
Ginekomastiya

Ginekomastiya xəstəlikdirmi?

Ginekomastiya xəstəlikdirmi? Ginekomastiya kişilərdə döş vəzlərinin anormal böyüməsi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Bu hal əsasən hormonal balansın…

Oxu