Ginekomastiya xəstəliyinin diaqnozu ilkin olaraq kişinin özündə problemi görməsi və döşlərinin böyüməsi şikayəti ilə həkimə gəlməsidir. Diaqnostik olaraq baxışdan sonra biz bunun müayinəsini utrasəs müayinəsi ilə edirik. Döşlərdə və süd vəzisində qlandulyar toxumanın qadınlarda olan məmə toxumasına bənzəri şəkildə olduğunu radioloji utrasəs müayinəsi ilə təsdiq edirik. Amma təbii ki, səbəblərini araşdırmaq üçün, müxtəlif hormonal müayinələr, xayaların müayinəsi, onkomarkerləri araşdırırıq. Əslinə qalsa, diaqnostikası sadədir, sadəcə gözdən qaça bilən genetik sindromlar unudulmamalıdır. Düzgün diaqnoz aparılırsa, ginekomastiya xəstəliyinin təhlükəli fəsadları vaxtında aradan qaldırılmış olur.

