Diabetik pəncələrə və şəkərli diabetli pasientlərimizə ayaq baxımı və qulluq qaydaları

Mütəmadi olaraq ayaq və pəncələrinizə,xüsusən daban nahiyəsinə diqqət edin!

Çatlaq, sıyrıq və kəsikləri vaxtında aşkar edib,(lazım gələrsə,böyüdücü lupa və ya güzgüdən istifadə etmək olar) dərhal həkimə müraciət edin!

Ayaqları hər gün ilıq su ilə yumaq və xüsusən barmaq aralarını tam qurulamaq lazımdır. Neytral sabunlardan istifadə edin!

Dırnaqları təxminən 10 gün fasilə ilə düzgün kəsmək lazımdır,yəni çox qısa və dərin kəsmək olmaz, düz kəsmək lazımdır. Dırnaqların nahamarlığını düzəltmək üçün hamarlayıcı bıçqıdan istifadə etmək lazımdır.

Ayaqqabı yumşaq, geniş olmalı və təzə ayaqqabının pəncəni döyməməsi üçün, çox ehtiyatla istifadə etmək lazımdır. Geyilən corab pambıq, tər hopduran olmalıdır. Sintetik məhsullardan istifadə qadağandır!Qan dövranına mane olan tarım rezinli corablar geyməyin!Corabın yuxarı hissəsi sıxıcı,kəsici olmamalıdır! Uzun zaman yol gedərkən ayaqlarınıza imkan daxilində rahatlıq verin!

Ayaqqabıya kiçik daş və qum dənəciklərinin düşməsinə imkan verməyin!

Pəncələri zədələnmədən həmişə qoruyun,torpaq və daşlıqda gəzməyin!

Qrelkadan, plastırdan istifadə etməməli, ayağı buxara verməməli, ilıq su ilə yumalı və qabarı ilıq su ilə yumşaltmağı unutmayın!

Ayaq dərisinin elastikliyini saxlamaq üçün nəmləndirici kremlərdən(əgər daban çatlamağa çox meyillidirsə nəmləndirici kremlər) istifadə edin!

Kremi pəncənin alt hissəsinə sürtmək, barmaqların arasına isə pudra,talk vurmalı!

Ayyaqqabı tam ortopedik olmalıdır. Qadın ayyaqqablarının dabanları 3-4 sm-dən hündür olmalı deyildir.

Ayaqlarınızın tam soyumasına imkan verməyin. Donmalardan özünüzü qoruyun! Nəm və tərli corabları dərhal dəyişin!

Ancaq pambıq corablardan istifadə edin. Ayaqyalın gəzməyin!

Rahat, yüngül, lakin qalın dabanlı həyət ayaqqabısı və evdə tərlikdən istifadə edin!

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Ginekomastiya

Ginekomastiya hansı hallarda xəstəlikdir?

Ginekomastiya hansı hallarda xəstəlikdir? Ginekomastiya kişilərdə döş vəzlərinin qeyri-adi böyüməsi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Bu hal bəzən…

Oxu
Ginekomastiya

Ginekomastiya hansı hallarda xəstəlik deyil?

Ginekomastiya hansı hallarda xəstəlik deyil? Ginekomastiya kişilərdə döş vəzlərinin anormal böyüməsi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Lakin bu hal hər…

Oxu
Ginekomastiya

Ginekomastiya xəstəlikdirmi?

Ginekomastiya xəstəlikdirmi? Ginekomastiya kişilərdə döş vəzlərinin anormal böyüməsi ilə xarakterizə olunan tibbi vəziyyətdir. Bu hal əsasən hormonal balansın…

Oxu