Ginekomastiyanın yaranma səbəbləri nələrdir?

Ginekomastiyanın yaranma səbəbləri fizioloji və patoloji olmaqla iki qrupa bölünür.

Fizioloji səbəblərə yeni doğulmuş uşaqlarda bir yaşa qədər döşlərdə böyümə, yetkinlik dövründə oğlan uşaqlarında  fizioloji olaraq böyümə və üçüncü qrupda yaşlı insanlarda testesteron hormonunun azalması ilə əlaqədar olaraq sallanma nümunə göstərilə bilər.

Bizi ən çox narahat edən patoloji səbəblərdir. Bunlara müxtəlif xaya şişləri, Klinefelter kimi genetik sindromlar, ən  vacibi günümüzdə piylənmə xəstəliyi, tireoid vəzi xəstəlikləri, hipofiz vəzi xəstəlikləri, dərmanlar, Kuşinq xəstəliyi, döşlərdə böyümə kimi kişiləri utandıran problemlər daxildir. Təbii ki bunun səbəblərinin araşdırılması həkim-endokrinoloq olaraq bizim vəzifəmizdir. 

 

Paylaş
Həkimə ehtiyac var?