Ginekomastiyanın yaranma səbəbləri fizioloji və patoloji olmaqla iki qrupa bölünür. Fizioloji səbəblərə yeni doğulmuş uşaqlarda bir yaşa qədər məmələrdə böyümə, ərgənlik dövründə oğlan uşaqlarında fizioloji olaraq böyümə və üçüncü qrupda yaşlı insanlarda testesteron hormonunun azalmasına bağlı olaraq sallanma fizioloji hesab oluna bilər. Bizim ən çox narahat olduğumuz patoloji səbəblərdir. Bunlara müxtəlif xaya şişləri, Klinefelter kimi genetik sindromlar, ən vacibi günümüzdə piylənmə xəstəliyi, tireoid vəzi xəstəlikləri, hipofiz vəzi xəstəlikləri,dərmanlar, Kuşinq xəstəliyi, məmələrdə böyümə kimi kişiləri utandıran bir problemlə qarşı-qarşıya qala bilərik. Təbii ki, bunun səbəblərinin araşdırılması həkim-endokrinoloq olaraq bizim vəzifəmizdir.