Ginekomastiya xəstəliyin diaqnozu ilk öncə insan özündə olan bu problemi görür və məmələrin böyüməsi şikayəti ilə həkimə gəlir. Diaqnostik olaraq baxışdan sonra biz bunun müayinəsini utrasəs müayinəsi ilə edərik. Həqiqətən, məmələrdə, süd vəzində qlandulyar toxumanın qadınlarda olan məmə toxumasına bənzəri şəkildə kişilərdə olmağını, radioloji olaraq utrasəs müayinəsi ilə təsdiq edirik. Amma təbii ki, altda yatan səbəbləri araşdırmaq üçün, müxtəlif hormonal müayinələr, xayaların müayinəsi, onkomarkerləri araşdırırıq. Əslinə qalsa, diaqnostikası sadədir, sadəcə gözdən qaçacaq genetik sindromlar unudulmamalıdır. Düzgün diaqnoz aparılırsa, ginekomastiya xəstəliyinin təhlükəli fəsadları vaxtında aradan qaldırılmış olur.