Ginekomastiya – kişiləri utandıran problem

Ginekomastiya kişilərdə süd vəzisinin bir və ya hər ikisinin məmə ucundan başlayaraq diffuz şəkildə qlandular toxuma hesabına böyüməsinə verilən addır. “Gine” qadın, “mastiya” süd vəzisi deməkdir. Yəni kişilərdə qadın tipli süd vəzilərinin böyüməsidir. Bunun çox müxtəlif səbəbləri var. Bu səbəblər bəzən fiziolojidir. Yeni doğulmuş uşaqlarda, yetkinlik yaşına çatmış oğlan uşaqlarında və ya yaşlı kişilərdə süd vəzisi böyüyə bilər. Amma bunun altında yatan çox ciddi endokrin, hormonal, genetik sindromlar və xəstəliklər də ola bilər.

Bütün hallarda ginekomastiya endokrinoloq tərəfindən dəqiq araşdırılmalıdır. Hətta ginekomastiya axtardığımız kişidə tez-tez süd vəzi şişləri, xaya xərçəngi belə tapa bilərik. Ona görə araşdırıldıqdan sonra bu xəstəyə uyğun müalicə tövsiyə edilir. Əgər psixoloji olaraq hər hansı bir problem yaratmırsa, böyümüş süd vəzisinin kişi sağlamlığına heç bir təsiri yoxdur. Amma kosmetik, estetik defektlər yaratdığı zaman bu xəstəliyin müalicəsi cərrahidir. Bütün hallarda bu qərarın verilməsi, xəstənin müayinə edilməsi və səbəbin tapılması həkim-endokrinoloqun işidir.

Paylaş
Həkimə ehtiyac var?