Ginekomastiyanın yaranma səbəbləri fizioloji və patoloji olmaqla iki qrupa bölünür. Fizioloji səbəblərə yeni doğulmuş uşaqlarda bir yaşa qədər məmələrdə böyümə, ərgənlik dövründə oğlan uşaqlarında fizioloji olaraq böyümə və üçüncü qrupda yaşlı insanlarda testesteron hormonunun azalmasına bağlı olaraq sallanma fizioloji hesab oluna bilər. Bizim ən çox narahat olduğumuz patoloji səbəblərdir. Bunlara müxtəlif xaya şişləri, Klinefelter kimi genetik sindromlar, ən vacibi günümüzdə piylənmə xəstəliyi, tireoid vəzi xəstəlikləri, hipofiz vəzi xəstəlikləri,dərmanlar, Kuşinq xəstəliyi, məmələrdə böyümə kimi kişiləri utandıran…
Ginekomastiya xəstəliyinin müalicəsi əgər hər hansı bir psixoloji problem yaratmırsa, estetik, kosmetik problemlər yaratmırsa, insan, kişi bu problemi hər hansı bir qlobal problem olaraq hesab etmirsə, hər hansı bir müalicəyə ehtiyac yoxdur. Ən vacib səbəb piylənmə olduğu üçün ilk olaraq bizim məsləhətimiz arıqlamaqdır, sağlıqlı kilo vermək, arıqlamaq, ümumi bədən çəkisində, məmələrdə də kiçilməyə səbəb olur, amma irəli dərəcədə olan ginekomastiyalar və psixoloji, estetik-kosmetik problemlərə yol açırsa, bunun müalicəsi cərrahidir.